Gözəgörünməz Zəncirlər və Sözün Azadlığı

Tarix: 20:32 25.02.2025
Senzura, bir cəmiyyətin ən güclü silahından biri kimi, insanın ruhunu və düşüncələrini zəncirləyən, onun ifadə azadlığını qapalı bir qəfəsə salan, bəzən qeyri-şəffaf, bəzən isə aşkar bir əngəldir.
Azərbaycanda senzura, xüsusilə Sovet ittifaqı dövründə kəskin tənqid olunurdu. Sovet hakimiyyəti dövründə senzura Azərbaycanda daxil olmaqla bütün Sovet respublikalarında əsasən mətbuat üzərində qurulub.
Hər bir əsəri, yazını, filmi, şəkili hətta kinoları da dövlət orqanları ciddi nəzarətlə yoxlayırdı.
Senzuranın bariz nümunəsini biz 1906-cı ildə çap olunan Molla Nəsrəddin jurnalında görürük. Molla Nəsrəddin jurnalında olan bir səhifədə qırmızı qanla çəkilmiş böyük "X" işarəsi bizə o dövrdəki senzuranı sübut edir. Qırmızı rəng bolşevizmin rəngi olduğu üçün onu elə təsvir ediblər. Vərəqin sonunda deyirdi:
“ Bizdən asılı olmayan səbəbə görə bu yer boş qaldı”.
Yəni, “Molla Nəsrəddin” jurnalının nümayəndələri senzuranı bizə sübut etmək üçün bu yeri boş qoydu. Cəlil Məmmədquluzadə bu şəkil vasitəsi ilə dövrün çətinliklərindən danışır.
Yəni, mən senzuraya məruz qalan bir cəmiyyətdə yaşayıram. Bu şəkilin vasitəsi ilə cəmiyyətə bir növ işarə vermək istəyir ki, OYAN EY CAHİL XALQ!
Söz azadlığı olmayan hər bir xalq laldır, kardır, kordur.
Senzura yalnız yazılı materiallarla məhdudlaşmırdı, həmçinin sənət və ədəbiyyatada təsir edirdi. Kommunist ideologiyasına uyğun olmayan hər bir əsərə və ya ideyaya senzura tətbiq olunurdu.
Nəhayət 1991-ci ildən müstəqillik əldə etdikdən sonra qanunvericilikdə senzura ilə bağlı müəyyən dəyişikliklər oldu. Lakin senzura tamamilə aradan qaldırılmadı. Müxtəlif dövrlərdə siyasi gərginlik zamanında hərbi senzura tətbiq olunurdu.
1998-ci ilin 6 avqustunda senzuranın ləğv edilməsi ilə mətbuatda canlanma yarandı. Mətbuat inkişaf etdi və daha da təkmilləşdi.
Lakin günümüzdə də senzura tam olaraq ləğv edilməyib, hələ də bəzi məhdudiyyətlər var.
Bu qanun mətbuatın daha azad şəkildə fəaliyyət göstərməsinin və demokratiyanın inkişafının təməlini qoyub.
Asiman Vəliyeva