Mitomaniya: Yalanın Psixoloji Dərinlikləri

Bölmə: Sosial › ,
Tarix: 21:00 25.02.2025

 

 

Bəzən insanlar sosial statuslarını artırmaq, diqqət çəkmək və ya problemlərdən qaçmaq üçün yalan danışa bilərlər. Lakin yalan danışma, bəzən mitomaniya adlanan və insanın davamlı olaraq həqiqət olmayan məlumatlar söyləməsi ilə xarakterizə olunan bir psixoloji pozuntuya çevrilir. 

 

Bu barədə psixoloq Helin Şadfar "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, bu vəziyyətin yaranmasında bir sıra psixoloji faktorlar rol oynayır:

 

"Mitomaniya, yəni patoloji yalançılıq, fərdin dəvamlı və nəzarətsiz şəkildə yalan danışma meyli ilə xarakterizə olunan bir davranış pozuntusudur. Bu vəziyyətin yaranmasında bir sıra psixoloji faktorların rol oynayır.

 

Özünə inamsızlıq və özgüvənsizlik

Bəzi fərdlər, özlərini daha yaxşı hiss etmək və ya başqalarının diqqətini cəlb etmək üçün yalan danışa bilərlər.

 

Diqqət və təsdiq ehtiyacı: Diqqət mərkəzində olmaq və başqalarının təsdiqini qazanmaq arzusu, patoloji yalançılığa səbəb ola bilər.

Mitomaniyanın əlaqəli olduğu psixoloji problemlər:

 

Antisosial şəxsiyyət pozuntusu: Bu pozuntuya malik olan fərdlər, tez-tez yalan danışma, manipulyasiya və empati çatışmazlığı kimi xüsusiyyətlər göstərirlər.

 

Narsistik şəxsiyyət 

pozuntusu: Özünü üstün görmə və heyranlıq ehtiyacı, bu pozuntuya malik fərdlərin yalan danışmasına səbəb ola bilər.

 

Histrionik şəxsiyyət pozuntusu: Diqqət çəkmək və təsdiq almaq arzusu, bu pozuntuya malik fərdlərin həqiqəti təhrif etməsinə yol aça bilər".

 

Psixoloqun sözlərinə görə, çətin olsa da belə şəxslərin yalan danışdığını müəyyənləşdirmək mümkündür:

 

"Mitomanlar, hətta zərurət olmadıqda belə, davamlı olaraq tez-tez səbəbsiz yerə yalan danışırlar. Onlar diqqət çəkmək üçün hadisələri həddindən artıq böyüdür və dramatikləşdirirlər. Yalanları ortaya çıxdıqda isə, bu şəxslər aqressiv və kəskin reaksiyalar göstərə bilərlər. Öz yalanlarına o qədər inanırlar ki sanki həqiqətəndə realda belə bir şey varmış kimi davranırlar.

Bu əlamətlərə diqqət yetirərək, mitoman şəxslərin yalan danışdığını müəyyən etmək mümkündür".

 

Müsahib xəstəliyin müalicəsi üçün effektiv üsulları da qeyd edib:

 

"Psixoterapiya:

CBT, fərdin düşüncə və davranış nümunələrini dəyişdirməyə yönəlmiş bir terapiya növüdür. Mitomaniyadan əziyyət çəkən şəxslərdə, yalan danışma meylini azaltmaq və dürüstlük əsaslı davranışları təşviq etmək üçün istifadə edilə bilər.

Mitomaniyanın müalicəsi fərddən fərdə dəyişə bilər və hər kəs üçün eyni üsul effektiv olmaya bilər. Peşəkar bir psixoloq və ya psixiatrla məsləhətləşərək, fərdi ehtiyaclara uyğun müalicə planı hazırlamaq mümkündür.

 

Ailə və yaxınların dəstəyi:

Ailə üzvləri və yaxın dostlar, fərdin müalicə prosesində dəstək olaraq, dürüstlük və açıq ünsiyyəti təşviq edə bilərlər.

 

Müalicə planına sadiqlik:

Mitomaniyanın müalicəsi uzun müddət tələb edə bilər. Fərdin terapiya seanslarına davamlı olaraq qatılması və terapevtin tövsiyələrinə əməl etməsi vacibdir".

 

Nuray Qurbanlı