Ərəb Liqasının baş katibi Əbu Qaytın İsrailin Suriyaya hücumlarına reaksiyası

Tarix: 17:21 26.02.2025
Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt İsrailin Suriyanı hədəf alan hücumlarını pisləyib.
Əbu Qayt İsrailin son günlər Suriyanın paytaxtı Dəməşq və Dera vilayətinə endirdiyi hava hücumları ilə bağlı açıqlama verib.
İsrailin Suriya ərazisinə hücumlarını şiddətlə qınadığını bildirən Əbu Qayt, bu hücumları “qanunsuz və qeyri-qanuni reallıq yaratmaq üçün Suriyada siyasi keçid fürsətindən istifadə edən eskalasiya və ehtiyatsız təxribat” kimi qiymətləndirib.
İsrailin Suriya ərazisini işğal edərək beynəlxalq hüququ pozduğunu vurğulayan Əbu Qayt, bölgədə gərginliyi alovlandırmaq və Suriyada siyasi keçid prosesini pozmaq məqsədi daşıyan bu ədalətsiz hücumu pisləmək üçün beynəlxalq ictimaiyyətin açıq mövqe nümayiş etdirməli olduğunu bildirib.
Əbu Qayt qeyd edib ki, Ərəb Liqası İsrailin hücumları və bölgədə nifaq salmaq cəhdləri qarşısında Suriya ilə həmrəydir.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva