Azərbaycanın bitməyən ağrısı-Xocalı qətliamı

Bölmə: Dünya › ,
Tarix: 18:30 26.02.2025

Azərbaycan müstəqillik yolunda çoxlu insan itkisi verib. Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da Xocalıda qadın, uşaq və qocadan asılı olmayaraq yüzlərlə Azərbaycan türkünü qətlə yetirib. Xocalı Soyqırımının ağrıları 33 ildir ki, səngimir.

 

Ermənilər ərazi iddiaları irəli sürməyə başladılar,
qırğınlarından birini dinc əhaliyə divan tutmuş, əsirlərə vəhşicəsinə işgəncələrə məruz qoymuşlar. Əvvəllər 7 min insanın yaşadığı Xocalıda 106-sı qadın, 70-i qoca, 63-ü uşaq olmaqla, 613 müdafiəsiz Azərbaycan türkü həyatını itirdi. Qırğından 487 nəfər ağır yaralanaraq sağ çıxıb, erməni silahlı qüvvələri 1275 nəfəri əsir götürüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

 

Qırğında 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


Tərcümə etdi:Ayşən Səlimova

Mənbə:TRT haber