Nazir Bayraktar, Rusiya Baş nazirinin müavini Novak ilə görüşüb

Tarix: 16:47 28.02.2025
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar müxtəlif görüşlər keçirmək üçün Rusiyanın paytaxtı Moskvaya gedib.
Nazir Bayraktar, görüşləri çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb. Nazir Bayraktar görüşlə bağlı açıqlamasında:
“Müxtəlif görüşlər keçirmək üçün Rusiyanın paytaxtı Moskvadayıq. Əvvəlcə Rusiya Federasiyası Baş nazirinin müavini cənab Aleksandr Novakla görüşümüz oldu. Görüşümüz zamanı regionumuzda və dünyada baş verən prosesləri qiymətləndirdik və enerjinin qlobal tarazlıqlardakı rolunu müzakirə etdik. Biz Türkiyə ilə Rusiya arasında strateji enerji əməkdaşlığının, xüsusilə təbii qaz və nüvə enerjisinin əhəmiyyətini vurğulayaraq, cari layihələrin gedişatını və gələcək əməkdaşlıq imkanlarını qiymətləndirdik”,-dedi.
Mənbə: CNN Türk
Nərmin Həşimova