“Rəqəmsal platformalar ilə mənzil seçimi etmək daha asanlaşıb”

Bölmə: Sosial › ,
Tarix: 21:04 28.02.2025

Son illərdə rəqəmsal platformalar əmlak sektorunda əsaslı dəyişikliklər yaradıb.

 

Məsələ haqda əmlak eksperti Elnur Fərzəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, 2000-ci illərin əvvəllərinə qədər vətəndaşlar öz əmlaklarının satışı üçün alqı-satqı şirkətlərinə müraciət edirdilər:

 

“Bir neçə qəzetlərə müraciət edərək satışları həyata keçirirdilər. Lakin rəqəmsal elektron platformalar yarandıqdan sonra artıq bütün alqı-satqı ofisləri, şirkətlər və əmlak sahibləri (xüsusən tikinti şirkətləri) reklamlarını elektron platformalar vasitəsilə apararaq onların satışını həyata keçirirlər. Artıq alıcılar üçün rəqəmsal platformalar vasitəsilə mənzil seçimi etmək daha asanlaşıb ki, mənzilin yerləşmə məkanı, mənzil haqqında tam məlumat, video görüntülər tam özünü əks etdirir. Alıcılar, elektron platformalar vasitəsilə mənzili tam görüb seçdikdən sonra bir neçə mənzil seçərək almaqla bağlı qərar verirlər”.

 

Ekspert qeyd etdi ki, bundan əlavə, xarici vətəndaşlar üçün də Azərbaycanda daşınmaz əmlak, elektron platformalardan istifadə daha da asanlaşıb:

 

“Xarici vətəndaşlar istənilən ölkədə yaşamaqlarından asılı olmayaraq internet resursları vasitəsilə Azərbaycanın elektron satış platformalarınakı görüb seçə bilirlər. Həmçinin elanları yerləşdirən şəxslərdən elanla, mənzillə bağlı tam məlumatları əldə edərək onları qane edici cavablar aldıqdan sonra xarici ölkələrdən gəlib həmin ölkələrə yerində baxış keçirərək alqı-satqını həyata keçirirlər. Lakin elektron platformalarda bəzən həqiqəti əks etdirməyən məlumatlar da yerləşdirilir ki, təəssüflər olsun ki, bu sahəyə hazırda nəzarət olmadığına görə bəzi şəxslər həqiqəti əks etdirməyən elanlar yerləşdirərək müştəriləri cəlb etməyə çalışırlar və yaxud bundan sui-istifadə edərək bəzi insanları aldatmağa çalışırlar və aldanan şəxslərin sayı isə yetəri qədər çoxdur”.

 

Nərmin Həşimova