Şimal dənizində toqquşmaya görə həbs edilən yük gəmisinin kapitanı rusiyalıdır

Tarix: 19:52 12.03.2025
İngiltərə sahillərində ABŞ bayrağı altında üzən tankerlə toqquşan Solong yük gəmisinin kapitanı rusiyalıdır. Gəminin sahibi Ernst Russ şirkəti bu məlumatı təsdiqləyib.
Solong, Şimal dənizində Stena Immaculate tankerinə çırpılıb. Tanker ABŞ ordusu üçün 220,000 barrel reaktiv yanacaq daşıyırdı. Toqquşma yanğına səbəb olub, lakin Stena Immaculate gəmisinin 23 nəfərlik heyəti və Solongun 13 ekipaj üzvü xilas edilib. Bir ekipaj üzvü isə itkin düşüb və ölü hesab edilir.
Britaniya polisi qəza ilə bağlı cinayət işi açıb və 59 yaşlı kapitanı səhlənkarlıqdan adamöldürmə şübhəsi ilə həbs edib. Mütəxəssislər hadisənin səbəbini araşdırır və belə yüksək texnologiyalı naviqasiya sistemlərinin olduğu bir dövrdə bu qəzanın necə baş verdiyini sual edirlər. Eyni zamanda, ekoloqlar dənizə yanacaq sızması ehtimalından narahatdırlar. Oceanu UK təşkilatı bunun dəniz canlılarına böyük zərər verə biləcəyini xəbərdarlıq edib. İlk məlumatlarda Solongun sodyum sianid daşıdığı iddia olunsa da, gəmi sahibləri konteynerlərin boş olduğunu bildirib.
CNN News
Aydan Quliyeva