Bayram mükafatlarını Məclisdən keçən kimi ödəyəcəyik-Nazir Işıkhan

Tarix: 20:03 12.03.2025
Təqaüdçülərin bayram mükafatları ilə bağlı Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan, "SGK olaraq onlara qısa zamanda ödəməyə hazırıq. TBMM-dən keçən kimi ödənişlərimizi edəcəyik" deyib.
İşıqhan AK Partiya TBMM Qrup Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb. İşıqxan pensiya mükafatları ilə bağlı yeni tənzimləmənin olub-olmayacağı ilə bağlı suala isə "Abdullah bəy izah etdi, indi TBMM-də gündəmə gələcək. SGK olaraq biz bunu qısa zamanda ödəməyə hazırıq. TBMM-dən keçən kimi ödənişlərimizi edəcəyik" deyib.
Elan edilmiş təqaüd mükafatı ilə bağlı bir yeniləmə olub-olmayacağı ilə bağlı suala Işıkhan, "Sayı artıq bəllidir, yeniləmədən söhbət gedə bilməz" deyib. Bayram mükafatının məbləği ilə bağlı tənqidləri xatırladan Işıkhan, "Müəyyən bir nizam-intizam çərçivəsində həyata keçirdiyimiz bir tədbirdir. Bayram bonusları münasibətilə təbrik edirik" deyib.
Tərcümə etdi:Ayşən Səlimova
Mənbə:TRT haber