Kəşfiyyatçılar 130 ildən çox əvvəl Superior gölündə batmış yük gəmisinin qalıqlarını tapıblar

Bölmə: Dünya › ,
Tarix: 21:24 12.03.2025

 

 

Titanik dənizçilik tarixini dəyişməzdən iyirmi il əvvəl, Böyük Göllərdə yeni texnoloji nailiyyət hesab olunan başqa bir gəmi səfərə çıxıb.

 

Western Reserve Böyük Göllərdə hərəkət edən ilk tam polad yük gəmilərindən biri idi. Sürət rekordlarını qırmaq üçün inşa edilən 91 metr uzunluğundakı bu yük gəmisini qəzetlər “daxili greyhound” (sürətli ticarət gəmisi) adlandırıb və ən təhlükəsiz gəmilərdən biri hesab olunub. Gəminin sahibi Piter Minç onunla o qədər fəxr edirdi ki, 1892-ci ilin avqustunda həyat yoldaşı və azyaşlı övladlarını da gəmi ilə yay gəzintisinə aparıb.

 

30 avqust tarixində gəmi Miçiqan və Kanada arasındakı Superior gölünün Whitefish körfəzinə daxil olarkən güclü fırtına başlayıb. Yükü olmadığı üçün gəmi suda çox yüksək üzüb. Şiddətli fırtına onu o qədər döydü ki, gəmi ortadan iki yerə bölünüb. Nəticədə Minç ailəsi də daxil olmaqla, 27 nəfər həlak olub. Yeganə sağ qalan şəxs sükançı Harri V. Stüart idi. O, xilasedici qayığı aşdıqdan sonra 1,6 kilometr üzərək sahilə çata bilib.

 

Demək olar ki, 132 il ərzində göl gəminin qalıqlarını gizlədib. Lakin iyul ayında Böyük Göllər Gəmiqəza Tarixi Cəmiyyəti gəmini Miçiqanın Yuxarı Yarımadası sahillərində aşkarlayıb. Cəmiyyət şənbə günü Viskonsinin Manitovok şəhərində keçirilən illik Ghost Ships Festivalında bu kəşfi elan edib.

 

CNN

Nuray Qurbanlı