Yorğunluq və aclıq hissinin qarşısını alır

Tarix: 22:10 13.03.2025
Ramazanın gəlişi ilə yemək tezliyindən yuxu rejiminə qədər demək olar ki, hər şey dəyişir. Bu dəyişikliklərlə birlikdə meydana gələn maddələr mübadiləsinin yavaşlaması səbəbi ilə meydana gələ biləcək nizamsızlıqların qarşısı pəhrizdə düzgün dəyişikliklər vasitəsilə alına bilər.
Ramazanda ilk addımın sağlam sahur və iftarda həzm sisteminin qorunmasının vacib olduğunu vurğulayan Dr. Şefika Aydın Selçuk, “Sahur üçün yavaş həzm olunan qidalara üstünlük vermək və bədəni susuzlaşdırmamaq üçün maye istehlakını artırmaq lazımdır. Başlanğıc su ilə, sonra şorba və əsas yemək olmalıdır”,-dedi.
Mənbə: Pembe nar
Nigar Səmədli