“Biz Ermənistanla sülh sazişinin maddələrini razılaşdırdıq”

Bölmə: Siyasət › ,
Tarix: 22:51 13.03.2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişi mətninin bütün maddələri üzrə razılığa gəldiklərini açıqlayıb. Nazir Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlama verib.

 

Ceyhun Bayramov Ermənistanla sülh prosesinə toxunaraq: "Sülh sazişinin mətni ilə bağlı danışıqlar başa çatıb. 2 maddə qalıb ki, razılıq əldə olunmayıb. Ermənistan bu 2 maddə ilə bağlı Azərbaycanın təkliflərini qəbul edib. Mətn üzərində iş yekunlaşıb".

Ceyhun Bayramov bildirib ki, onların növbəti gözləntiləri Ermənistan konstitusiyasında və digər hüquqi tənzimləmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd olan maddələrin götürülməsidir.
Ermənistan konstitusiyasının dəyişdirilməsinin sülh üçün zəruri şərtlərdən biri olduğunu vurğulayan Bayramov bildirib ki, ATƏT-in Minsk Qrupu da buraxılmalıdır.

 

 

Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva