Musk insanabənzər robotu 2026-cı ildə Marsa göndərəcək

Bölmə: Dünya › ,
Tarix: 14:04 16.03.2025

SpaceX-in qurucusu Elon Musk, insanabənzər robot daşıyan Starship raketinin 2026-cı ilin sonunda Marsa göndəriləcəyini açıqlayıb.

 

Musk, X platformasında bildirib ki, sınaq uğurlu olarsa, Starship 2029-cu ildən insanları Marsa apara bilər, lakin "2031 daha real görünür". 123 metr uzunluğunda olan Starship, indiyə qədər hazırlanmış ən böyük raketdir. SpaceX-in məqsədi insanları planetlərarası səyahətə çıxarmaqdır. Şirkət, əvvəlki üç test uçuşunun uğursuz olduğunu, lakin bunun inkişaf prosesinin bir hissəsi olduğunu vurğulayıb. Ötən həftə baş tutan son sınaq uçuşu uğurlu sayılsa da, raketlə əlaqə atmosferə giriş zamanı itib.

 

NASA, Aya insan göndərmək üçün Starship-in modifikasiyasını planlaşdırır. İlk Mars missiyası isə Tesla-nın "Optimus" robotunu aparacaq. Musk, robotun gələcəkdə gündəlik işləri görə biləcəyini və 20-30 min dollara satılacağını deyib.


Mənbə: BBC news

Fatimə Heydərova