Britaniya Ukraynaya sülhməramlılar göndərir

Bölmə: Siyasət › ,
Tarix: 22:00 17.03.2025

 

 

Böyük Britaniya Ukrayna ərazisində qeyri-müəyyən müddətə sülhməramlı kontingent yerləşdirəcək. Bildirilib ki, Ukrayna ərazisinə 10 minə yaxın sülhməramlının göndərilməsi planlaşdırılır.

Ukrayna hakimiyyəti potensial razılaşmalara əməl olunmasına effektiv nəzarət etmək üçün 100 min sülhməramlının göndərilməsini tələb edir. Rusiya tərəfi isə NATO ölkələrindən Ukraynaya sülhməramlıların göndərilməsinin qəti əleyhinədir.

 

Mövzuyla əlaqədar politoloq Turab Rzayev “informator.az”a açıqlamasında bildirib ki, bu məsələ Rusiya və qərb dövlətləri arasındakı münasibəti gərginləşdirəcək:

 

"Ukraynana ilə bağlı razılaşmanın əldə edilməsinin qarşısını alacaq. Rusiyanın əsas istəyi bundan ibarətdir ki, NATO Ukraynaya doğru genişlənə bilməsin, Ukrayna NATO’da yer almasın. Ukrayna ərazisinə toplam 100 min ordu yerləşəcəksə, bu zaman Rusiya atəşkəsə razı olmayacaq. Ukrayna ərazisinə əsgərləri yerləşdirərək, özünü müdafiə etmək niyyətindədir. Avropa dövlətləri xüsusəndə B.Britaniya və Fransa Ukrayna ərazisinə yerləşmək istəyirlər. Makron dəfələrlə bildirib ki, Ukrayna ərazisinə silahlı qruplaşma göndərəcək”.

 

Ekspertin sözlərinə görə, bu hadisə sülh danışıqlarına böyük zərər verəcək:

 

"Bir tərəfdən ABŞ buna icazə verməyəcək. Çünki bu şərtlərlə ABŞ’ da bilir ki, sülh imzalanmayacaq. Belə olan halda ABŞ Rusiyaya təzyiq edib, sülhməramlıları qəbul etməsinə çalışmalıdır, yada Rusiyanı bu fikirdən yayındırmalıdır. Əks halda Rusiya-Ukrayna arasında sülhə olan addımlar tamamilə baltalanacaq”.

 

Asiman Vəliyeva