Əminə Ərdoğan-Dualarımız Fələstinlə, qəlbimiz hər zaman qardaşlarımızladır

Bölmə: Dünya › ,
Tarix: 23:49 17.03.2025

Əminə Ərdoğan, "Fələstinə azad, dinc və ədalətli bir gələcəyə sahib olmasını diləyirəm və bu mübarək süfrənin davamlı sülhə vəsilə olmasını arzulayıram. Dualarımız Fələstinlə, qəlbimiz hər zaman qardaşlarımızladır" mesajını paylaşıb.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, sosial medya hesabında " Beştepe Millet Sərgi Salonun"da paylaşım edib. “Fələstinlilərlə Qardaşlıq İftarı” çərçivəsində fələstinlilərlə bir araya gəldiklərini xatırladıb və bunları qeyd edib:

 

"Vətən uğrunda şəhid olan əzizlərinin dərdinə şərik olduq. Eyni çörəyi paylaşmağın, eyni duaya amin deməyin qəlbləri necə yaxınlaşdırdığını bir daha hiss etdik. Arzu edirəm ki, Fələstinə azad, sülh və ədalətli gələcək nəsib olsun, bu mübarək süfrə daimi sülhə vəsilə olsun. Dualarımız Fələstinlədir, qəlbimiz hər zaman qardaşlarımızladır..."

 

Mənbə: TRT Haber

Fidan Fərhad