Lata sindromu nədir?

Tarix: 22:45 17.03.2025
Lata sindromu-nadir rast gəlinən,izahı tam tapılmamış nevroloji və psixoloji vəziyyətlərdən biridir.Bu sindromu yaşayan insanlar qəfil səs və ya toxunuşlara qeyri-adi reaksiya verirlər. Sindromun yaranmasına daha çox bioloji, yoxsa psixoloji faktorlar təsir edir?
Bu sindromla bağlı psixiatr Azər Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki,sindrom 1800-1900-cü illərdə daha populyar idi:
“Bu sindrom Qərbdə istilik nevrozu adlanır. Əgər qadınların cinsi həyatı yolunda getmirsə bu zaman onlar istilik tutmaları yaşayır.Məsələn: qışqırmaq,səbəbsiz gülmək,başqa biriymiş kimi danışmaq,özündən getmə və s. Sindrom 1800-1900-cü illərdə daha populyar idi.Bir çox qadınlara bu diaqnoz qoyulurdu. Həmin dövrdə həkimlər qadının klitorisinin stiumlyasiyasını,orqazma çatdırılmasını,çanaq bölgəsinin masajını bu halları rahatlaşdıra bildiyini gördülər.Cinsi doyumsuzluğun bu vəziyyətə səbəb olduğunu bildilər”.
Müalicə üsulları varmı?
“Günümüzdə istilik tutmalarının altında yatan səbəb anksiyete adlanan narahatlıq hissidir.Bu zaman psixoterapiya aparırıq,həmçinin dərman müalicəsi ilə də sindromun ortadan qalxmasına nail ola bilirik”.
Səyyarə Mirzəyeva