Daha bir tələbə vəfat etdi-Foto

Tarix: 14:42 16.04.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Balaxanım Əliyeva vəfat edib.
“İnformator.az” xəbər verir ki, bu barədə universitetin Mətbuat xidməti məlumat yayıb.
B.Əliyeva universitetin Kimya və biologiya fakültəsinin “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alırmış.
Qeyd edək ki, ötən gün Azərbaycan Texniki Universitetinin tələbəsi Nihad Məmmədlininözünü güllələyərək öldürməsi ilə bağlı məlumat yayılmışdı. İki gün əvvəl isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) I kurs tələbəsi Fuad Mirzəyeva ürəktutmadan vəfat etmişdi.