Taylandda dənizə düşən kiçik təyyarədəki 6 polis həyatını itirib

Bölmə: Hadisə › ,
Tarix: 11:19 25.04.2025

Taylandın Praçuab Kiri Xan əyaləti sahillərində dənizə düşən kiçik polis təyyarəsində olan 6 polisin həyatını itirdiyi bildirilib.

 


Tayland polisinin verdiyi açıqlamaya görə, əyalətin Hua Hin bölgəsində paraşüt təlimindən əvvəl test uçuşu həyata keçirən kiçik polis təyyarəsi havaya qalxıb.
Test uçuşu zamanı, yerli saatla saat 08:00 radələrində, “DHC-6-400 Twin Otter” model təyyarə Hua Hin Hava Limanı yaxınlığında dənizə düşüb. Qəza nəticəsində təyyarədə olan 6 polis əməkdaşı həyatını itirib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

 

 


Mənbə: TRT HABER
Nuray Əliyeva