Zaman anlayışı və paralel reallıqlar

Tarix: 22:33 25.04.2025
Fizikada zaman düz xətt deyil. Paralel kainatlar və zamanın eyni anda bir neçə istiqamətdə axması fikri elmi və fəlsəfi mübahisələr doğurur.
Mövzu ilə bağlı astroloq Nərmin Zeynalova "İnformator.az"a açıqlamasında bildirib ki,paralel reallıqlar mövcuddur.Onun necə olmasını isə bizim seçimlərimiz istiqamətləndirir:
"Bizim hər birimizin doğum xəritəmizdə müəyyən potensial var. Amma o potensialı reallaşdırmaq və ya reallaşdırmamaq bizim öz əlimizdədir. İnsan var ki,bəzən onun doğum xəritəsinə baxırsan və görürsən ki, onun potensialı çox gözəldir,amma qəti onu reallaşdırmayıb.İnsan da var ki,əksinə,onun minimum potensialı vardır,lakin çox gözəl həyata keçirir.Və bu nöqteyi-nəzərdən , həqiqətən də, paralel reallığa oxşaya bilər.Hətta,eyni gündə və eyni saatda kifayət qədər oxşar doğum xəritəsi ilə dünyaya gələn insanlar tam fərqli həyat yaşaya bilərlər.Və bu bizim öz seçimimizdir. Yəni,biz seçimimizi edərək öz reallığımızı dəyişə bilərik".
Ekspert başqa paralel reallıqlar haqqında da danışıb:
"Başqa reallıqda kim ola bilərik sualına gəldikdə isə , onu deyə bilərəm ki,biz hər bir reallıqda özümüz olaraq qalırıq. Biz dəyişmirik.Sadəcə bizim etdiyimiz seçimlər dəyişir.Bizim etdiyimiz bu seçimlər,eyni zamanda,etdiyimiz bu hərəkətlər bizim reallığımızı dəyişir".
Nəzrin Məmmədova