Çin ABŞ-ni bir daha təkzib etdi

Tarix: 14:53 29.04.2025
ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin telefonla danışıbmı? Prezident Tramp bu yaxınlarda Çin lideri ilə görüşdüyünü açıqlasa da, Pekin bu bəyanatı təkzib edib. Çin də Trampın başlatdığı ticarət müharibəsinə “ABŞ təhdid və qəsb etməyi dayandırmalıdır” deyərək cavab verib.
Çin ABŞ prezidenti Donald Trampın “biz Çinlə danışırıq” təkidini bir daha təkzib edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, iki lider arasında son vaxtlar telefon danışığı olmayıb və heç bir danışıqlar aparılmayıb. "Mən bildiyimə görə, son vaxtlar iki dövlət başçısı arasında telefon danışığı olmayıb. Bir daha qeyd etmək istəyirəm ki, Çin və ABŞ tarif məsələləri ilə bağlı məsləhətləşmir və ya danışıqlar aparmır", - o deyib.
Çin Xarici İşlər Nazirliyi də ABŞ-a həll yolunu izah edərək, təhdid və qəsbdən əl çəksinlər; "Ədalətli və hörmətli dialoq başlamalıdır",- dedi.
“Əgər ABŞ həqiqətən də problemi dialoq və məsləhətləşmələr yolu ilə həll etmək istəyirsə, təhdid və qəsbdən əl çəkməli və Çinlə ədalətli, hörmətli və qarşılıqlı dialoqa getməlidir”, - Jiakun bildirib.
Mənbə: CNN Türk
Səyyarə Mirzəyeva