Bədii gimnastika komandamızdan möhtəşəm çıxış - Avropa Kubokunda ikinci yer

Bölmə: İdman › ,
Tarix: 19:14 16.05.2025

Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kuboku yarışlarında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası uğurlu nəticə əldə edib.


"İnformator.az"-ın məlumatına görə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət kollektiv 3 top və 2 halqa ilə çıxışda 25,150 xalla ikinci yeri tutaraq gümüş medala layiq görülüb.


Komanda 5 lentlə hərəkətlər proqramında isə dördüncü yeri tutub. Gimnastlarımız çoxnövçülük üzrə final mərhələsinə yüksələrək, mayın 17-də həlledici çıxışda mübarizə aparacaqlar.