Abbas Əraqçi: İran ABŞ ilə növbəti danışıqlarda iştirakın məqsədəuyğunluğunu qiymətləndirir

Tarix: 16:13 21.05.2025
Rəsmi Tehran hələ də ABŞ ilə dolayı danışıqların növbəti raundunda iştirak edib-etməməyi nəzərdən keçirir.
“İnformator.az” xəbər verir ki, bunu jurnalistlərə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz danışıqların növbəti raundunda iştiraka dəyib-dəymədiyini qiymətləndiririk", - o qeyd edib.
"Əgər digər tərəflər bizim dinc nüvə proqramımızla bağlı şəffaflıq istəyirlərsə, biz buna hazırıq. Lakin cavab olaraq onlar ədalətsiz şəkildə tətbiq etdikləri sanksiyaları aradan qaldırmalıdırlar", - o əlavə edib.
Nazir bildirib ki, İran nüvə proqramı üzrə razılaşmanın olub-olmamasından asılı olmayaraq, istənilən halda uranı zənginləşdirməyə davam edəcək.