Azərbaycan hökumətinə zəruri dəstək verməyə hazırıq - Dünya Bankı

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:21 30.01.2016

Dünya Bankı (DB) və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzun müddətli tədbirlər dəstini müzakirə edir.

İnformator.az xəbər verir ki, bu barədə DB-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir.

"Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi, Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır", - deyə məlumatda bildirilir.