Dünya birjalarında neft ucuzlaşıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 09:47 05.02.2016

Dünya bazarında neftin qiyməti müxtəlif istiqamətlər üzrə dəyişib.

İnformator.az “gazeta.ru”ya istinadla verdiyi xəbərə görə, "Brent" markalı neftin bir barelinin mart fyuçersinin qiyməti 0.12% enərək, 34.42 dollar olub. WTI markalı neftin bir barelinin mart fyuçersinin qiyməti 0.13% artaraq, 31.76 dollar təşkil edib.