Daha 4 ölkə neft hasilatının səviyyəsini dondurmağa razı oldu

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:46 16.02.2016

Rusiya kimi daha 3 Opek ölkəsi, Səudiyyə Ərəbistanı, Qətər və Venesuella da neft hasilatını Yanvar ayı səviyyəsində dondurmağa razı olub.

İnformator.az “BBC”yə istinadən xəbər verir ki, bu haqda 4 nazirin Dohadakı görüşündən sonra məlumat verilib. Bu addımı atmaqla son aylarda sürətlə enən neft qiymətlərini stabilləşdirmək nəzərdə tutulub.

Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi deyib: “Yanvar ayı səviyyəsində dondurmaq bazara adekvatdır. Biz qiymətlərdə əhəmiyyətli dəyişiklik istəmirik, biz tələbatla üzləşmək istəyitik. Biz qiymətləri stabilləşdirmək istəyirik”.

Rusiyanın energetika naziri Aleksandr Novakın OPEC-ə üzv olan bəzi ölkələrin nümayəndələri ilə Qatarın paytaxtı Doha şəhərində keçirdiyi görüşdə neftin hasilatının səviyyəsinin dondurulması ilə bağlı razılıq əldə olunub. Bu barədə Qətərin energetika naziri Məhəmməd Saleh əl Səda bildirib.

Səudiyyə Ərəbistanın neft naziri Əli əl-Naimi isə bildirib ki, hasilat fevralın 11-ə olan səviyyədə saxlanacaq. "Səudiyyə Ərəbistanı da bu qərarla razılaşıb", - deyə nazir qeyd edib.