“Qərbi Abşeron” yatağında yeni quyu qazılır
Bölmə: İqtisadiyyat › ,Tarix: 12:08 17.02.2016
“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 25 nömrəli quyuda qazma işlərinə başlanılıb.
İnformator.az SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “SOCAR AQŞ” birgə müəssisəsi tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 890 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.