Kanal 4 Qəzza sənədli filmini yayımlayacaq

Tarix: 20:13 30.06.2025
İngiltərənin Channel 4 televiziyası, BBC tərəfindən yayımlanması rədd edilən Qəzza mövzusunda sənədli filmi tamaşaçılara təqdim edəcəyini açıqlayıb.
Rəsmi açıqlamada bildirilir ki, “Qəzza: Həkimlər Hücum Altında” adlı sənədli film müstəqil hekayəçilik yanaşması və ictimai maraqlara cavab verən cəsarətli jurnalistikası ilə fərqlənir. Kanal 4 rəhbərliyi sənədli filmin BBC üçün hazırlandığını, lakin sonradan yayımının dayandırıldığını qeyd edib. Lakin redaksiya və yayım standartlarına uyğunluğu yoxlanıldıqdan sonra onun efirə verilməsinə qərar verilib.
Filmin 2 iyul Çərşənbə günü, yerli vaxtla saat 22:00-da nümayiş olunacağı bildirilib.
Kanal 4-ün Xəbərlər və Cari İşlər üzrə rəhbəri Luiza Kompton məsələ ilə bağlı bunları deyib:
“Bu sənədli film, İsrail və ABŞ qüvvələrinin beynəlxalq hüququ pozduğuna dair ciddi iddiaları araşdıran sübutları təqdim edir. Eyni zamanda bu film, Kanal 4-ün cəsarətli və qorxmaz jurnalistikaya olan sadiqliyinin bariz nümunəsidir. Bu, mühüm və diqqətlə hazırlanmış bir işdir”.
TRT XƏBƏR
Mahmudlu Ləman