Yunanıstan: Korrupsiya qalmaqalından sonra Nazirlər Kabinetində dəyişikliklər

Bölmə: Dünya › ,
Tarix: 20:14 30.06.2025

 


Yunanıstanda Avropa Birliyi Respublika Prokurorluğunun (EPPO) başlatdığı korrupsiya istintaqı səbəbiylə istefa verən bir nazir və üç nazir müavininin yerinə təyin edilən yeni adlar and içərək vəzifələrinə başlayıb.


Yunanıstan Prezidenti Konstantinos Tasulasın iştirakı və baş nazir Kiriakos Mitsotakisin iştirakı ilə yeni kabinet üzvlərinin andiçmə mərasimi keçirilib.

Rəyasət Heyətində təşkil edilən mərasimdə EPPO-nun başlatdığı korrupsiya araşdırması səbəbilə kabinetdən istefa verən 1 nazir və 3 nazir müavininin yerinə Baş nazir Mitsotakis tərəfindən and içərək işlərinə başlayan 4 nəfər təyin edilib.
Müvafiq olaraq, Thanos Plevris İmmiqrasiya və Sığınacaq naziri oldu, Haris Teoharis isə xarici işlər nazirinin müavini vəzifəsini tutub.
Yannis Andrianos Kənd Təsərrüfatı İnkişafı və Ərzaq nazirinin müavini vəzifəsinə, Kristos Dermenkopoulos isə rəqəmsal idarəetmə nazirinin müavini təyin edilib.
Yeni immiqrasiya və sığınacaq naziri Plevris andiçmə mərasimindən əvvəl mətbuat mənsublarına verdiyi açıqlamada, qeyri-qanuni miqrasiya ilə mübarizə üçün sələfi Makis Voridisin başlatdığı siyasətləri davam etdirəcəyini və mübarizənin daha da şiddətlənəcəyini bildirib.


CNN Türk
Əminə Əliyeva