Prezident Ərdoğanın başçılığı altında Nazirlər Kabineti toplanır!

Bölmə: Dünya › ,
Tarix: 20:15 30.06.2025

 


Nazirlər Kabineti bu gün Prezident Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanacaq. İclasda əsas gündəm maddələri meşə yanğınları ilə mübarizə addımları və ən aşağı pensiya maaşı olacaq. Digər tərəfdən, regional məsələlər də diqqət mərkəzində olacaq.


Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq Nazirlər Kabineti kritik məsələləri həll edəcək. Gündəliyin prioritet məsələlərindən biri də 26-28 iyun tarixləri arasında baş vermiş 150-dən çox meşə yanğınıdır. Yanğınlara onlarla təyyarə və helikopterlə havadan, intensiv olaraq yerdən müdaxilə edilib. Yanğınlar nəzarət altına alınarkən, hadisənin baş vermə səbəbləri ilə bağlı aparılan araşdırmalarda 17 nəfər saxlanılıb. İclasda meşə yanğınları ilə mübarizə sahəsində son vəziyyət və görülə biləcək əlavə tədbirlər ətraflı dəyərləndiriləcək.


Nazirlər Kabineti regional hadisələri də yaxından araşdıracaq. İsrail-İran müharibəsində atəşkəs əldə olunsa da, Yaxın Şərqdə gərginlik davam edir. Atəşkəsdən sonra diqqət yenidən Qəzzaya yönəlib. 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün diplomatik addımlar Nazirlər Kabinetində müzakirə olunacaq. Bundan əlavə, Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün Türkiyədə danışıqların yeni mərhələsinə hazırlıq da müzakirə olunacaq.


CNN Türk
Əminə Əliyeva