Qoruyucu Ailə Sisteminin bütün dünyada yayılması zəruridir- Əminə Ərdoğan

Tarix: 20:32 30.06.2025
Türkiyə Prezidenti Erdoğanın həyat yoldaşı Əmine Ərdoğan “Bunu heç vaxt unutmamalıyıq ki, dünyanın bütün uşaqları bəşəriyyət ailəsinin öz övladlarıdır. Bu səbəbdən Qoruyucu Ailə Sistemi yalnız ölkəmizdə deyil, bütün dünyada yayğınlaşması vacibdir” açıqlamasını verib.
Əmine Ərdoğan Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən Prezident Kitabxanasının Konfrans Salonunda təşkil edilən “Qoruyucu Ailə Günü” proqramında iştirak edib.
Burada çıxış edən Ərdoğan bildirib ki, qoruyucu ailələrlə həyata keçirdikləri görüşlər onun üçün hər zaman tamam fərqli bir məna və həyəcan daşıyır: “Çünki sizin nümunənizdə sevginin, xeyirxahlığın və mərhəmətin çatdığı ən yüksək zirvələrə şahidlik edirik. Siz bizə insanın vicdan incisini necə parıldada biləcəyini göstərirsiniz. Sizləri bu gözəl balalarımızın yoluna çıxaran Rəbbimizə həmd olsun”– deyə o bildirib.
Ərdoğan qeyd edib ki, bu gün Qoruyucu Ailə Gününü qeyd etmək üçün bir araya gəliblər və bu münasibətlə Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdəmir Göktaşa və nazirlik əməkdaşlarına təşəkkürünü bildirib.
TRT XƏBƏR
Lalə Qurbanlı
Ailə Sisteminin bütün dünyada yayılması zəruridir- Əminə Ərdoğan