Avropa İttifaqı sanksiyaları altı ay uzadıb

Bölmə: Dünya › ,
Tarix: 20:42 30.06.2025

 

Avropa İttifaqı Şurası bazar ertəsi günü Rusiyaya qarşı sektorlar üzrə tətbiq olunan sanksiyaların daha altı ay müddətinə – 31 yanvar 2026-cı ilədək – uzadıldığını elan edib.

 

Uzatılmış sanksiyalar ticarət, maliyyə, enerji, texnologiya, nəqliyyat və lüks mallar daxil olmaqla bir sıra sahələri əhatə edir. Xüsusilə, Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa, əsas Rusiya banklarının SWIFT bank sisteminə çıxışına məhdudiyyətlər və Kremlin tərəfindən dəstəklənən media qurumlarının Aİ-də fəaliyyətinin dayandırılması bu tədbirlər arasındadır.

 

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas sosial mediada sanksiyaların uzadıldığını təsdiqləyərək, Rusiyaya təzyiqlərin artırılması və Ukraynadakı müharibənin dayandırılması üçün Aİ-nin səylərinin davam edəcəyini vurğulayıb.

 

 

ANEWZ

Gülhüseynova Güllər