Üçüncü tur danışıqlarının tarixi qısa zamanda bəlli olacaq -Kreml

Tarix: 20:46 30.06.2025
Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında üçüncü tur danışıqlarının tarixinin ən qısa zamanda dəqiqləşəcəyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskva şəhərində jurnalistlərə gündəmə dair açıqlama verib. O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında üçüncü tur danışıqların tarixinin yaxın gələcəkdə dəqiqləşəcəyinə ümid edir.
“Kiyev çox yaxşı bilir ki, döyüşlərin dayanması üçün nə etmək lazımdır. Prezident Putin bu şərtləri bir il əvvəl açıqlayıb”, – deyə Peskov bildirib.
Haber Global
Nuray Əliyeva