TMSF, Flash Haber TV-nin satıldığını təkzib edib

Tarix: 20:52 30.06.2025
TMSF tərəfindən yayılan açıqlamada, məhkəmə qərarı ilə kayyım olaraq təyin edildiyi Flash Haber TV ilə bağlı mediada yer alan satış xəbərlərinin həqiqəti əks etdirmədiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, TMSF müvafiq qanunvericilik çərçivəsində bütün satış proseslərini rəsmi elan edərək həyata keçirib.
"Spekulyativ xəbərlərin doğru olub-olmadığını yoxlamaq üçün TMSF-nin rəsmi internet saytındakı 'satış elanları' izlənilməlidir. Flash Haber loqosu ilə yayımlanan televiziya kanalının satışı barədə qərar verilsə, bu barədə saytımızda elan dərc ediləcək", – deyə qurumun açıqlamasında qeyd olunub.
TRT Haber
Xəlilli Nigar