Gençlerbirliği, Gökhan Akkan'ı heyətinə qatıb

Tarix: 21:03 30.06.2025
Süper Liqa təmsilçilərindən olan Gənclərbirliyi, son olaraq Bodrum FK-da çıxış edən təcrübəli qapıçı Gökhən Akkanı heyətinə qatıb.
Klubdan verilən məlumata görə, 30 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Gənclərbirliyi klubunun infrastrukturunda yetişən Gökhən, peşəkar karyerasına Sincan Bələdiyyə Ankarasporda başlayıb. Sonradan MKE Ankaragücü və Çaykur Rizespor klublarında oynamağa davam edib, son olaraq isə Bodrum FK-da forma geyinib.
A milli komandanın formasını bir dəfə geyinən Gökhən, paytaxt təmsilçisinin yeni mövsümdəki ilk transferi olub.
Haber Global
Xəlilli Nigar