Fenerbahçe Beko, Metecan Birsen ilə müqaviləni uzadıb

Bölmə: İdman › ,
Tarix: 21:04 30.06.2025

Fenerbahçe Beko kişi basketbol komandası, milli basketbolçu Metecan Birsen ilə olan müqaviləni uzatdığını elan edib.


Sarı-göy rəngləri təmsil edən klubun yaydığı açıqlamada, 30 yaşlı basketbolçunun müqaviləsinin 2025–2026 mövsümünün sonuna qədər uzadıldığı bildirilib.


Metecan Birsen, ötən mövsüm Basketbol Super Liqasında iştirak etdiyi 34 qarşılaşmada orta hesabla 5,82 xal, 2,79 ribaund və 0,97 asistlə çıxış edib.


Haber Global
Xəlilli Nigar