Türkiyə PUA istehsalında dünya lideri üçlüyündədir-Ərdoğan

Tarix: 21:34 30.06.2025
Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində lider mövqe tutub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Onun sözlərinə görə, “dünyada satılan hər üç PUA-dan ikisi türk şirkətləri tərəfindən istehsal olunur”.
Ərdoğan bu fikirləri Türk İxracatçılar Məclisinin (TİM) 32-ci Baş Assambleyasında və “İxracat Çempionları” mükafatlandırma mərasimində çıxışı zamanı səsləndirib. O, ölkənin iqtisadi inkişafında ixrac siyasətinin mühüm rol oynadığını vurğulayıb.
Prezident əlavə edib ki, 2024-cü ildə Türk Eximbank ixracatçılara 49 milyard dollar həcmində güclü maliyyə dəstəyi göstərib. Bu dəstəydən yararlanan 17 838 şirkətin 83 faizini kiçik və orta sahibkarlıq təmsil edir. Ərdoğanın sözlərinə görə, 2025-ci ildə bu məbləğin 52 milyard dollara çatdırılması planlaşdırılır.
Anadolu Agency
Ayan Əsgərova