Malidə 80 nəfərdən çox terrorçu məhv edilib

Bölmə: Dünya › ,
Tarix: 08:47 02.07.2025

Mali hökumət ordusunun bölmələri bir neçə şəhər və yaşayış məntəqəsinə hücum edən 80 nəfərdən çox terrorçunu məhv edib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Rəsmi məlumata görə, planlaşdırılan əməliyyat zamanı silahlılar eyni vaxtda Niono, Molodo, Sandare, Nioro-du-Sahel, Diboli, Gogi və Kayes yaşayış məntəqələrində dinc əhaliyə, eləcə də müdafiə və təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum ediblər. Hərbçilərin qətiyyəti sayəsində "qorxu, panika və çaşqınlıq yaratmaq istəyən terrorçuların planları pozulub”.