Tramp: İsrail Qəzzada müvəqqəti atəşkəsə razılıq verib

Tarix: 08:48 02.07.2025
İsrail Qəzzada 60 günlük atəşkəs üçün şərtlərə razılıq verib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbr verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Social Truth” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ağ Ev nümayəndələri İsrail rəhbərliyi ilə Qəzza zolağı mövzusunda "uzunmüddətli və məhsuldar" görüş keçiriblər.
"İsrail 60 günlük atəşkəsin əldə olunması üçün zəruri şərtlərə razılaşıb, bu müddət ərzində biz bütün tərəflərlə müharibəyə son qoymaq üçün işləyəcəyik", - paylaşımda deyilir.