Kallas: İranın nüvə proqramının dayandırılması üçün danışıqlar başlamalıdır

Tarix: 08:50 02.07.2025
İranın nüvə proqramının dayandırılması üçün danışıqlar mümkün qədər tez başlamalıdır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu bəyanatla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığından sonra çıxış edib.
O, İranın nüvə proqramının dayandırılması üçün danışıqların dərhal bərpa olunmasına çağırıb.
"İranın nüvə proqramının dayandırılması üçün danışıqlar mümkün qədər tez başlamalıdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq bərpa olunmalıdır. Avropa İttifaqı bunu asanlaşdırmağa hazırdır", - Kallas “X” sosial şəbəkəsində yazıb.