Merts Ukraynaya “Taurus” raketlərinin verilməsini istisna etməyib

Bölmə: Dünya › ,
Tarix: 08:53 02.07.2025

Ukrayna Silahlı Qüvvələrinə Almaniya-İsveç istehsalı olan “Taurus” qanadlı raketlərinin verilməsi istisna edilmir.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Federal Kansleri Fridrix Merts ARD telekanalına müsahibəsində bildirib.

 

Kanslerin sözlərinə görə, bu silahın Ukraynaya göndərilməsi "variant olaraq qalmaqda davam edir".


Merts qeyd edib ki, “Taurus” raketləri ilə işləmək son dərəcə çətindir, buna görə də Ukrayna hərbçilərinə azı altı ay təlim keçirilməlidir. Onun sözlərinə görə, bu işə hələ başlanılmayıb.