Paris məhkəməsi Ukrayna bankının Rusiyaya qarşı 1 milyardlıq iddiasını təmin edib

Tarix: 08:54 02.07.2025
Paris Apellyasiya Məhkəməsi Ukraynaya məxsus "Oschadbank"ın Krımda aktivlərinin itirilməsi ilə bağlı Rusiyaya qarşı qaldırdığı 1 milyard dollardan çox təzminat tələbini təmin edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Hökm iyulun 1-də çıxarılıb.
Kredit təşkilatı 2015-ci ildə Moskva və Kiyev arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair razılaşmanı əsas gətirərək Rusiyaya qarşı iddia qaldırıb. Bankın iddiaları Krımın Rusiya tərəfindən işğalından sonra əmlakının özgəninkiləşdirilməsi ilə bağlıdır.