Ukrayna qaçqınların 80 faizinin ölkəyə qayıdacağına ümid edir

Tarix: 08:55 02.07.2025
Ukrayna müharibə bitdikdən sonra ölkəni tərk edən qaçqınların təxminən 70-80%-nin ölkəyə qayıdacağına ümid edir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Ukraynanın Baş naziri Denis Şmıqal jurnalistin müharibədən sonra Ukrayna vətəndaşlarının yalnız 30%-nin İspaniyanı tərk etməyə hazır olması barədə məlumatını şərh edərkən bildirib.
Şmıqalın sözlərinə görə, sorğular göstərir ki, insanların qayıtması üçün əsas şərtlər təhlükəsizlik və məşğulluq imkanlarıdır:
"Təhlükəsizlik müharibə bitdikdə olacaq. Ukraynada yenidənqurma layihələrinə və mənzillərin bərpasına başlasaq məşğulluq da təmin olunacaq. Zaman keçdikcə və müharibə uzandıqca, Ukraynaya qayıtmaq istədiyini bildirən qaçqınların faizi azalıb, lakin biz hələ də ukraynalıların 70-80%-nin Vətənə qayıdacağını, iş imkanlarına və təhlükəsizliyə malik olaraq bərpa prosesi zamanı iqtisadiyyatı dəstəkləyəcəyini gözləyirik".