ABŞ-nin maliyyə naziri: FED faiz dərəcəsini azalda bilər

Tarix: 08:57 02.07.2025
Amerika Birləşmiş Ştatlarının (ABŞ) mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) sentyabr ayına qədər baza faiz dərəcəsini azalda bilər.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib.
"Düşünürəm ki, burada meyar gömrük rüsumlarının inflyasiyanı təhrik etməməsidir. Əgər onlar bu meyardan çıxış etməyi planlaşdırırlarsa, düşünürəm ki, bunu daha tez, sentyabra qədər də edə bilərlər", - o, “Fox News” telekanalının efirində bildirib.