"Reuters": İran Hörmüz boğazını minalamağa çalışıb

Tarix: 08:58 02.07.2025
Vaşinqtonun İsrailin İran ərazisindəki obyektlərə zərbələri ərəfəsində İran ordusu Fars körfəzində gəmilərə dəniz minaları yükləyib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən iki rəsmi şəxs "Reuters" agentliyinə bildirib. ABŞ kəşfiyyatı tərəfindən aşkar edilən, əvvəllər heç bir məlumat verilməyən bu hazırlıqlar, İsrailin 13 iyunda İrana ilk raket hücumuna başlamasından bir müddət sonra baş verib.
Boğazda yerləşdirilməyən minaların yüklənməsi onu göstərir ki, Tehran dünyanın ən işlək gəmi yollarından birini bağlamaqda ciddi idi. Bu, onsuz da gərginləşən münaqişəni daha da gücləndirəcək, qlobal ticarəti ciddi şəkildə pozacaqdı.