Klublarası dünya çempionatı: “Borussiya” ¼ finalda

Tarix: 09:02 02.07.2025
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Atlanta şəhərindəki "Mersedes Benz" stadionunda Almaniyanın "Borussiya" (Dortmund) və Meksikanın "Monterrey" komandaları üz-üzə gəlib.
Görüş Dortmund təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. 14-cü və 24-cü dəqiqələrdə Seru Girassi dubl edib. 48-ci dəqiqədə “Monterrey”in heyətində German Bertrame hesab arasındakı fərqi azaldıb.