Şimali Koreyanın Vonsandakı turizm zonası turistləri qəbul etməyə başlayıb

Tarix: 09:04 02.07.2025
Şimali Koreyadakı Vonsan-Kalma sahil turizm zonası 1 iyul tarixindən etibarən yerli turistləri qəbul etməyə başlayıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, turizm zonasında 400-dən çox bina ucaldılıb.
Turizm klasterinin tikintisinə Şimali Koreya lideri Kim Çen Inın şəxsən nəzarət etdiyi bildirilir.