Qazaxıstan xarici şirkətləri qaz yataqlarından kənarlaşdırır

Bölmə: Dünya › ,
Tarix: 09:08 02.07.2025

Qazaxıstan hakimiyyəti "Eni" və "Shell" neft-qaz şirkətlərindən Karaçaqanak yatağında qaz emalı layihəsindəki paylarını dövlət şirkətinə satmağı tələb edib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, yatağın işlənmə prosesindən narazı olan hökumət adı çəkilən şirkətlərdən müqavilə hüquqlarını mümkün qədər tez “KazMunaiGas” neft-qaz holdinq şirkətinə verməyi tələb edib.


Qeyd olunur ki, xarici səhmdarların layihənin hazırlanması ilə bağlı xərclərinin ümumi məbləği 60 milyon dollara yaxındır. Qazaxıstan bu xərclərin kompensasiyası və layihə üzərində nəzarətin ötürülməsi üçün ətraflı şərtlərlə bağlı Qərb şirkətləri ilə danışıqlar aparmalı olacaq.