Senat Trampın vergi güzəştləri layihəsini qəbul edib

Tarix: 09:09 02.07.2025
ABŞ Senatı çərşənbə axşamı Prezident Donald Trampın külli miqdarda vergi və xərclərin azaldılmasına dair qanun layihəsini təsdiqləyib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qanun vergiləri və sosial təhlükəsizlik proqramlarını azaltmaq, hərbi xərcləri artırmaq və immiqrasiya qanunlarını sərtləşdirmək məqsədi daşıyır. Bununla da dövlət borcuna 3,3 trilyon dollar əlavə ediləcək
Qanun layihəsi yekun təsdiq üçün Nümayəndələr Palatasına göndəriləcək.