Laçında İƏT-in Qadınlar Forumu keçirilir

Tarix: 09:11 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu keçirilir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur.
Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.