PKK-nın tərksilah edilməsi prosesi başlayır

Tarix: 09:13 02.07.2025
PKK terror təşkilatının 50 nəfərlik ilk qruplaşması 10 gün ərzində Şimali İraqın Dahuk şəhərində silahlarını təhvil verəcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, bundan əvvəl özünüləğv qərarı verdiyini bəyan edən təşkilatın tərksilah edilməsi prosesi sentyabr ayına qədər başa çatacaq.