Təyyarəni kim ixtira edib?

Bölmə: Dünya › ,
Tarix: 22:35 04.07.2025

 

Məsələ bu qədər sadə deyil. Əslində, bu, yüz ildir davam edən bir mübahisədir.

Bir çox amerikalıya görə, aviasiyanın ataları 1903-cü ildə ilk uçuşlarını həyata keçirən, velosiped təmiri ilə məşğul olan və peşəkar mühəndisliyə maraq göstərən Orville və Wilbur Wright qardaşlarıdır. Digər tərəfdən, bir çox braziliyalıya görə, təyyarənin əsl ixtiraçısı 1906-cı ildə Parisdə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən təsdiqlənmiş ilk uçuşu həyata keçirən, varlı bir qəhvə istehsalçısı ailəsinin varisi Alberto Santos Dumontdur.

20-ci əsrin əvvəlində onlarca ixtiraçı, insanlığın uzun zamandır arzuladığı uçuşu reallaşdırmaq üçün mühərrikli uçan bir cihaz yaratmağa çalışıb.

Bir çoxu o dövrdə təyyarə inkişaf etdirmək üçün ideal bir mərkəz olan Parisə üz tutub. Burada yaxşı mühəndislik məktəbləri və metalurgiya, mexanika, fizika və kimya sahələrində aparılan tədqiqatları maliyyələşdirəcək kapital var idi.

Fransız tarixçi professor Jean-Pierre Blay-ə görə, bu hadisə istənilən vaxt baş verə bilərdi.


BBC NEWS
Səmayə Səftərova